
Ramazanın 16-cı gününün duası - imsak və iftar vaxtı
Sabah Ramazan ayının on altıncı günüdür.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, Naxçıvanda mart ayının 16-da imsak saat 05:44-də, iftar isə saat 19:21-dədir.
Ramazan ayının 16-cı gününün duası:
“Allahummə vəffiqni fihi limuvafəqətil-əbrar. Və cənnibni fihi murafəqətəl-əşrar. Və avini fihi birəhmətikə ila daril-qərar. Bi-ilahiyyətikə ya ilahəl-aləmin!”
Tərcüməsi:
“İlahi, bu gün yaxşı bəndələrin tayı olmağı mənə nəsib et! Məni pis adamlardan uzaqlaşdır! Bu gün mənə öz rəhmətinlə behişt qərargahında yer ver! Allahlığına and verirəm, ey aləmlərin Allahı!”
İftar duası:
“Allahummə ləkə sumtu və əla rizqikə əftərtu və əleykə təvəkkəltu. Bismillahir-Rəhmanir-Rəhim. Ya vasiəl-məğfirəti iğfirli!”
Tərcüməsi:
“İlahi, səndən ötrü oruc tutdum, sənin verdiyin ruzi ilə iftar açdım və sənə təvəkkül etdim. Bağışlayan və mehriban Allahın adı ilə. Ey hüdudsuz bağışlama sahibi, mənim günahlarımı bağışla!”
Allah orucunuzu qəbul etsin!
Qeyd: Babək və Şahbuz rayonları Naxçıvan şəhəri ilə eyni saat qurşağındadır.
Ordubad rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə əvvəl
Culfa rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə əvvəl
Kəngərli rayonu – Naxçıvan şəhərindən 1 dəqiqə sonra
Şərur rayonu – Naxçıvan şəhərindən 2 dəqiqə sonra
Sədərək rayonu – Naxçıvan şəhərindən 3 dəqiqə sonra
Martın 30-u Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.