
Azərbaycan tarixində ilk dəfə cüdo hakimi dünya çempionatına təyinat alıb
Cüdo tarixində ilk dəfə azərbaycanlı hakim böyüklər arasında dünya çempionatına dəvət alıb.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Cüdo Federasiyasının (ACF) mətbuat xidmətindən məlumat verilib.
Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək mundialda ACF-nin hakimlər heyətinin üzvü, A kateqoriyalı beynəlxalq dərəcəli referi Nazim Umbayev ədalət təmsilçiləri arasında yer alacaq.
Qeyd edək ki, dünya çempionatı iyunun 13-20-si aralığında baş tutacaq.