
Futzal turnirində növbəti mərhələyə yüksələn komandalar bəlli olub
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “Heydər Əliyev Kuboku” uğrunda futzal turnirində qrup mərhələsi başa çatıb. Muxtar Respublikada fəaliyyət göstərən dövlət qurumlarının əməkdaşları arasında təşkil olunan turnirdə hər qrupdan iki komanda 1/4 yüksəlməyə nail olub.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, A qrupunda Mədəniyyət Nazirliyi, B qrupunda Təhsil Nazirliyi, C qrupunda Ədliyyə Nazirliyi, D qrupunda isə Dövlət Vergi Xidməti birinci yerin sahibləri kimi, Səhiyyə, Fövqəladə Hallar, İqtisadiyyat nazirlikləri və Dövlət Energetika Xidməti isə qrup ikinciləri qismində pley-offa adlayıblar.
14 iyun 2025-ci il tarixində baş tutacaq 1/4 final oyunlarında aşağıdakı komandalar qarşılaşacaq:
Saat 10:00 – Mədəniyyət Nazirliyi – Dövlət Energetika Xidməti
Saat 11:00 – Ədliyyə Nazirliyi – Səhiyyə Nazirliyi
Saat 12:00 – Təhsil Nazirliyi – İqtisadiyyat Nazirliyi
Saat 13:00 – Dövlət Vergi Xidməti – Fövqəladə Hallar Nazirliyi