İsraildəki Yəhudi Təşkilatlarından Azərbaycan xalqına Qurban Bayramı təbriki

İsraildəki Yəhudi Təşkilatlarından Azərbaycan xalqına Qurban Bayramı təbriki

07 İyun 2025

İsraildən bir neçə təşkilat, lobbi, diaspor qurumu və Dağ Yəhudiləri Dini icmaları birgə şəkildə kollektiv olaraq Azərbaycan xalqına və dünya müsəlmanlarına Qurban bayramı münasibətilə təbrik ünvanlayıblar. Təbrikdə deyilir:

Bütün dost və qardaş Azərbaycan xalqını və dünya müsəlmanlarını, insanlıq tarixinin ülvi dəyərlərindən olan müqəddəs Qurban bayramı münasibətilə təbrik edirik. Qurban bayramı dünyada sülh, dostluq, paylaşmaq və yardımlaşmaq rəmzidir. Arzu edirik ki, bu ilki Qurban bayramı bütün dünyada sülh və əmin-amanlıq rəmzi olaraq yadda qalsın. Dünyamızdakı bütün problemlərin, terrorların, cinayətlərin və müharibələrin sona çatmasını, sülh və əmin-amanlığın bərqərar olmasını uca Allahdan diləyirik. Azərbaycan xalqı ilə Yəhudi xalqının, Azərbaycan dövləti ilə İsrail dövlətinin dostluğunun, əməkdaşlığın və müttəfiqliyin daha da möhkəmlənməsini arzu edir və dost və qardaş Azərbaycan xalqına xeyir, bərəkət arzulayırıq. Həmçinin etdiyiniz dualarınızın və Allah yolunda səmimi hisslərlə kəsdiyiniz qurbanlarınızın uca Allah tərəfindən qəbul edilməsini diləyirik. Azərbaycanın suverenliyi və təhlükəsizliyi daimi və möhkəm, inkişafı və yüksəlişi isə əbədi olsun.

Müqəddəs Qurban bayramınız mübarək olsun.

Yaşasın İsrail və Azərbaycanın dostluğu və qardaşlığı. AMİN

Hörmətlə,

"İsraildə Azərbaycan Evi" Diaspor Təşkilatı,

İsraildəki Dağ Yəhudilərinin Koordinasiya Şurası,

Qafqaz Yəhudilərinin Ümumi İsrail Birliyi,

Qafqaz Yəhudilərinin Parlament Lobbisi,

İsrail Təhlükəsizlik Akademiyasının Qafqaz və MDB ölkələri üzrə Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

Dünya və Avropa Krav Maqa Federasiyalarının Azərbaycan Respublikasındakı Regional Nümayəndəliyi,

İsraildəki Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzi,

Akko şəhəri Dağ Yəhudiləri Dini İcması,

Kiryat-Byalik şəhəri Dağ Yəhudiləri Dini İcması,

Pardes-Xana şəhəri Dağ Yəhudiləri Dini İcması.