Təhsil naziri Ukraynadakı Zərifə Əliyeva liseyinin nümayəndələri ilə görüşüb -

Təhsil naziri Ukraynadakı Zərifə Əliyeva liseyinin nümayəndələri ilə görüşüb - FOTO

06 İyun 2025

Təhsil naziri Ukraynada fəaliyyət göstərən akademik Zərifə xanım Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin əməkdaşları  ilə Naxçıvana səfərləri çərçivəsində görüşüb

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Təhsil naziri görüşdə xalqlarımız arasındakı dostluq əlaqələrindən danışıb, akademik Zərifə Əliyeva adına İrpen Humanitar Xarici Dillər Liseyinin də ölkələrimiz və xalqlarımız arasındakı dostluğun göstəricilərindən olduğunu bildirib.

Liseyinin direktoru Valentina Antonenko, qonaqərvərliyə görə minnətdarlığını bildirib,  rəhbərlik etiyi lisey haqqında məlumat verib. Qeyd olunub ki, hərbi əməliyyat zamanı zərər çəkmiş bu təhsil müəssisəsi Azərbaycan Respublikaslnln dəstəyi ilə qısa zamanda bərpa olunub. Qonaq bu qayğıya görə Azərbaycan Respublikasının Prezidentinə minnətdarlığını bildirib.  

Sonda muxtar resublikaya səfər edən qonaqlara Təhsil Nazirliyi tərəfindən hədiyyələr təqdim olunub.