
“Möminə Xatun” voleybol komandasının Naxçıvanda qarşılanma mərasimi keçirilir - FOTO
16 yaşadək qız voleybolçuların Azərbaycan çempionatının qalibi olmuş "Möminə Xatun" komandasının Naxçıvan beynəlxalq hava limanında qarşılanma mərasimi keçirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, finalda "Azerrail" komandası ilə qarşılaşan təmsilçimiz gərgin keçən oyunda əzmkar qələbə qazanıb. 1-ci seti qalib başa vuran komandamız hesabda 2:1 geriyə düşdüyü oyunu tay-brekdə çevirərək 3-2 qalib gəlib və voleybol tarixində ilk dəfə Naxçıvan komandası ölkə çempionu olub..
