Azərbaycan XİN Pakistana başsağlığı verib

Azərbaycan XİN Pakistana başsağlığı verib

16 Oktyabr 2026

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Pakistana başsağlığı verib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə nazirlik "X" hesabında paylaşım edib.

"Pakistanın qardaş xalqına Pişəvərdə məktəb binasının bir hissəsinin uçması nəticəsində çoxsaylı şagirdin və bir müəllimin həyatını itirməsi ilə əlaqədar dərin hüznlə başsağlığı verir və təəssüfümüzü bildiririk. Həyatını itirənlərin ailələrinin kədərini bölüşür, bu faciədən zərər çəkən hər kəsə dərin hüznlə başsağlığı veririk", - deyə paylaşımda bildirilib.