Nadir xəstəliklər üçün dərman təminatı artırılıb
Azərbaycanda nadir hallarda rast gəlinən və spesifik müalicə tələb edən xəstəliklərin müalicəsi üçün nəzərdə tutulan dərman vasitələrinin siyahısında dəyişiklik edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla bağlı Səhiyyə Nazirliyinin Kollegiyası müvafiq qərar qəbul edib.
Dəyişikliyə əsasən, "Vokszoqo", "Norditropin FleksPro" , "Azadin " , "Dakarbaz " , "Daunosin" , "Darabin " , "Calcium Folinate Koçak" , "Merpurin" , "Methotrexate Koçak" , "Korabin" adlı dərman vasitələri həmin siyahıya əlavə edilib.
Bununla da siyahıda yer alan dərmanların sayı 141-ə çatıb.








