Babək rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var

Babək rayonunda ağır yol qəzası baş verib, xəsarət alanlar var

01 Aprel 2025

Naxçıvan MR Babək rayonu ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, hadisə rayonun Çeşməbasar kənd ərazisində qeydə alınıb.

Belə ki, 77-YA-725 dövlət nömrə nişanlı "Changan" avtomobili ilə 69-TA-153 dövlət nömrə nişanlı "NAZ-Lİfan" markalı avtomobil toqquşub.

Qəzada Ordubad rayon Vənənd kənd sakinləri, 1960-cı il təvəllüdlü Qafarov Əli Zeynalabdin oğlu, 1963-cü il təvəllüdlü Muxtarova Şahnaz Vəli qızı, 1977-ci il təvəllüdlü Muxtarov Nadir Vaqif oğlu və rayonun Anaqut kənd sakini, 1983-cü il təvəllüdlü Ağayeva Kifayət Cəbrayıl qızı xəsarət alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Xəsarət alanlardan K.Ağayeva reanimasiya şöbəsinə yerləşdirilib.

Hazırda faktla bağlı araşdırma aparılır.