
Culfada yol qəzası baş verib: Yaralananlar var
Culfa rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qəza zamanı 72-BE-015 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 75-BM-815 dövlət nömrə nişanlı "Chery" markalı avtomobil toqquşub.
Hadisə nəticəsində Culfa rayon sakini, 1962-ci il təvəllüdlü Nəbiyeva Məryəm Əliş qızı, Natiq Həşimov və Türkiyə vətəndaşı Qərib Arazi müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.