Ceyhun Bayramov Məhəmməd İshaq Dar ilə görüşüb
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Nyu-Yorka işgüzar səfəri çərçivəsində pakistanlı həmkarı Məhəmməd İshaq Dar ilə görüşüb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) "X" sosial şəbəkə hesabında məlumat yayılıb.
"Tərəflər Azərbaycan–Pakistan strateji tərəfdaşlığının mövcud vəziyyətini və gələcək perspektivlərini müzakirə edərək, iki ölkə arasında siyasi dialoqun yüksək səviyyəsini və qardaşlıq əlaqələrini vurğulayıblar", - XİN-in məlumatında bildirilib.
Həmçinin iqtisadi, ticarət, enerji, nəqliyyat, müdafiə sənayesi, humanitar və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi, eləcə də regional və beynəlxalq təhlükəsizlik məsələləri ilə bağlı fikir mübadiləsi aparılıb.
https://x.com/AzerbaijanMFA/status/2059324968282857679/photo/1








