
Ceyhun Bayramov Şaya Zindani ilə görüş keçirib
Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Yəməndən olan həmkarı Şaya Zindani ilə görüş keçirib.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Azərbaycan Xarici İşlər Nazirliyindən bildirilib.
Tərəflərin görüşündə iki ölkə arasında cari məsələlər və əməkdaşlıq perspektivləri müzakirə olunub.