
Culfa və Ordubadda hemodializ xidmətləri təkmilləşdirildi - FOTO
“Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın icrası çərçivəsində hemodializ xidmətlərinin keyfiyyətinin artırılması məqsədilə Culfa və Ordubad rayonlarında mühüm addımlar atılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Culfa Regional Tibb Mərkəzinin tabeçiliyində fəaliyyət göstərən Culfa Rayon Mərkəzi Xəstəxanası və Ordubad Rayon Mərkəzi Xəstəxanası müasir tibbi avadanlıqlarla təmin edilib. Xəstələrin müalicə prosesinin daha rahat və effektiv təşkili üçün hər iki xəstəxanaya yeni hemodializ cihazları və hemodializ kresloları təhvil verilib.
Təqdimat mərasimində iştirak edən Naxçıvan Muxtar Respublikasının səhiyyə naziri Samiq Sadıxov bildirib ki, bu addım bölgədə hemodializ xidmətlərinin səviyyəsinin yüksəldilməsinə və vətəndaşlara göstərilən tibbi xidmətlərin əlçatanlığının artırılmasına xidmət edir.