DSX: Apreldə 2,2 milyon manatlıq qaçaqmal aşkarlanıb

DSX: Apreldə 2,2 milyon manatlıq qaçaqmal aşkarlanıb

11 May 2026

Bu ilin aprel ayında 2,2 milyon manatlıq qaçaqmal aşkarlanıb.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

Bildirilib ki, qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə tədbirləri nəticəsində ümumi dəyəri 2 milyon 168 min 103 manat оlan qaçaqmal, о cümlədən Rusiya valyutası, odlu silah və ona məxsus patronlar, dərman vasitələri və tütün məmulatları aşkar olunaraq götürülüb.