Əcnəbilərlə evlənən azərbaycanlıların sayı azalıb

Əcnəbilərlə evlənən azərbaycanlıların sayı azalıb

11 Aprel 2026

2026-cı ilin 3 ayı ərzində 383 Azərbaycan vətəndaşının əcnəbi və ya vətəndaşlığı olmayan şəxslərlə nikahı rəsmiləşdirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, 2025-ci ilin ilk 3 ayı ərzində bu cür nikahların sayı 483 olub.

Məlumat üçün bildiririk ki, əcnəbilər daha çox Türkiyə, Rusiya, Gürcüstan və Ukrayna vətəndaşlarıdır.