Elə müəllimlər var idi ki, heç ərizə yaza bilmirdi
Müəllimlərin sertifikatlaşdırılması və maaş artımı qaydalarında dəyişiklik edilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.
Nazirin sözlərinə görə, sertifikatlaşdırmadan birinci dəfə yüksək nəticə, yəni 51 və daha yuxarı bal toplayan müəllimlərin əməkhaqqına 35% əlavə edilir. Növbəti dəfə imtahandan uğurla keçən həmin müəllimin maaşına əlavə 10% artım tətbiq olunur.
Emin Əmrullayev qeyd edib ki, növbəti mərhələlərlə bağlı məsələlər hələ də müzakirə mərhələsindədir:
"Bizim müəllimləri hər dəfə imtahana çəkmək kimi bir niyyətimiz yoxdur. Amma sertifikatlaşdırma prosesini aparmaq mütləqdir. Çünki əvvəllər elə müəllimlər var idi ki, heç ərizə belə yaza bilmirdilər. Aparılan islahatlar sayəsində indi artıq sistemdə elə müəllimlər yoxdur".








