Ərdoğan Zəngəzur dəhlizinin Naxçıvan üçün əhəmiyyətindən danışıb
Qarabağın Zəfər sevincini birlikdə necə yaşamışıqsa, Qafqazda sülh və rifah üçün də eyni qətiyyətlə çalışacağıq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “Beynəlxalq Qafqaz Konqresi”nə ünvanladığı müraciətdə qeyd edilib.
O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevlə birlikdə “Bir millət, iki dövlət” şüarını Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksəldiblər: “Şuşada, Füzulidə, Laçında dalğalanan Azərbaycan bayrağı Türkiyənin də qürurudur”.
Türkiyə lideri Zəngəzur dəhlizinin açılmasının əhəmiyyətinə də toxunub. Onun sözlərinə görə, Zəngəzur dəhlizi Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında nəqliyyat infrastrukturunu gücləndirəcək, Türkiyə ilə Türk dünyası arasındakı əlaqələr üçün yeni imkan yaradacaq.
“Bizim baxışımıza görə, Qafqaz sülhün daimi olduğu, qonşuların ticarət etdiyi və hər bir ölkənin ümumi rifahdan pay aldığı bir regiondur”, - Ərdoğan vurğulayıb.








