ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

ƏÜO-da "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib

04 İyun 2025

Əlahiddə Ümumqoşun Orduda (ƏÜO) "Komando başlanğıc kursu"nun növbəti buraxılış mərasimi keçirilib.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, çıxış edənlər kursu müvəffəqiyyətlə bitirən məzunları təbrik edib, hərbi qulluqçuların peşəkarlıq səviyyəsinin yüksəldilməsi və bölmələrin döyüş qabiliyyətinin artırılmasında bu cür kursların əhəmiyyətini vurğulayıblar.

Kursu müvəffəqiyyətlə bitirən məzunlar "Komando andı"nı qəbul edib.

Sonra kurs birincisi tərəfindən yaş kötüyünə rəmzi emblem vurulub.

Buraxılış mərasiminin sonunda şəxsi heyət təntənəli marşın sədaları altında tribunanın önündən keçib.