
Ev şəraitində hazırlanmış hər hansı bir alkoqollu içkini satmaq olarmı? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Ev şəraitində hazırlanmış hər hansı bir alkoqollu içkini satmaq olarmı?
Cavab: Xeyr. İnzibati Xətalar məcəlləsinin 456-cı maddəsinə əsasən ev şəraitində istehsal edilmiş alkoqollu içkilərin satışına görə inzibati xətanın bilavasitə obyekti olmuş mallar müsadirə edilməklə, fiziki şəxslər 800 manatdan 1000 manatadək məbləğdə, vəzifəli şəxslər 3000 manatdan 5000 manatadək məbləğdə cərimə edilir.
Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi II dərəcəli hüquqşünas - Heydər İbrahimli