Hacıvar kəndində elektrik xətlərinin yenilənməsi işləri aparılır
Babək rayonunun Hacıvar kəndində əhalinin dayanıqlı və keyfiyyətli elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılması məqsədilə elektrik şəbəkəsində yenilənmə işləri davam etdirilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda 2107 nömrəli, 400 kVA gücündə komplekt transformator məntəqəsindən qidalanan 0,4 kV-luq elektrik xəttində mövcud sim məftillər müasir izolyasiyalı SİP kabellərlə əvəz olunur.
Həyata keçirilən işlər elektrik enerjisinin daha təhlükəsiz və etibarlı ötürülməsinə, texniki itkilərin və nasazlıqların minimuma endirilməsinə, həmçinin abonentlərin fasiləsiz elektrik enerjisi ilə təminatının daha da yaxşılaşdırılmasına xidmət edir.








