Həbs hansı müddətdə tətbiq edilir və  kimlər barəsində tətbiq edilə bilməz ? -

Həbs hansı müddətdə tətbiq edilir və kimlər barəsində tətbiq edilə bilməz ? - HÜQUQ MƏSLƏHƏTİ

03 İyul 2025

Sual: Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən İnzibati həbs hansı müddətdə tətbiq edilir və  kimlər barəsində tətbiq edilə bilməz ?

Cavab: İnzibati həbs, yalnız müstəsna hallarda bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulan inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir.  Hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, orqanizmin funksiyalarının 61-80 faiz və ya 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş şəxslər, 18 yaşınadək əlilliyi müəyyən edilmiş şəxslər, əlilliyi olan uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə İnzibati Xətalar Məcəlləsinin  41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz.

Sualı cavablandırdı: Şərur rayon prokurorunun köməkçisi  I dərəcəli hüquqşünas - Nurlan Əhmədli