
İctimai yerdə nalayiq ifadə işlətmək hansı məsuliyyətə səbəb olur? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: İctimai yerdə nalayiq ifadə işlətmək hansı məsuliyyətə səbəb olur?
Cavab: İctimai yerlərdə söyüş söymək, nalayiq hərəkətlər etmək “xırda xuliqanlıq” hesab olunur. Bu, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Cəza növləri bunlardır:
50 manatdan 100 manatadək cərimə
və ya İnzibati həbs (1 gündən 15 günədək) tətbiq oluna bilər.
Əgər bu hərəkət təkrar edilərsə və ya ictimai qaydanı ciddi şəkildə pozarsa, daha ağır cəzalar nəzərdə tutulur. Bu cür davranış həm hüquqi, həm də sosial baxımdan məsuliyyətsiz sayılır.
Sualı cavablandırdı: Ordubad rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Fərid Orucəliyev