Kazım Hüseynəliyev “Caspian Energy Club”un nümayəndə heyəti ilə görüşüb - FOTO
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev “Caspian Energy Club”un nümayəndə heyəti ilə görüş keçirib.
Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata əsasən, görüşdə “Caspian Energy Club”un Sədri və Qrupun Baş icraçı direktoru Telman Əliyev rəhbərlik etdiyi nümayəndə heyətinin Naxçıvana səfərinin əsas məqsədinin dövlət qurumları ilə əməkdaşlıq əlaqələrinin genişləndirilməsi, investisiya imkanlarının müzakirəsi olduğunu bildirib.
Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev muxtar respublikada həyata keçirilən iqtisadi islahatlar, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlər, həmçinin sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri barədə ətraflı məlumat verib. Qeyd olunub ki, muxtar respublikada özəl sektorun inkişafı, ixracyönümlü istehsalın artırılması, xarici və yerli investisiyaların cəlbi prioritet istiqamətlərdəndir.
Görüş zamanı muxtar respublikada investisiya yatırılması potensialı olan sahələr barədə fikir mübadiləsi aparılıb.










