Layihə idarəetmə qrupunun növbəti iclası keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikasının Mədəniyyət Nazirliyində “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023-2027 – ci illər üçün Dövlət Proqramı”nın icrası ilə bağlı nəzərdə tutulan layihələrin planlaşdırılması,müəyyən büdcəyə və vaxt cədvəlinə uyğun olaraq uğurla həyata keçirilməsi, investisiya qoyuluşu üzrə icra ediləcək layihələrin icrasının sürətləndirilməsi, eyni zamanda zəruri sahələr üzrə islahatların həyata keçirilməsi məqsədi ilə işçi qrupunun iclası keçirilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, iclasda “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq 2023-2024-cü illərdə həyata keçirilən layihələrin icrası, 2025-ci il üçün nəzərdə tutulan satınalma planının təsdiqi, görüləcək işlər və tələbatın formalaşdırılması, büdcə planlaşdırılması və resursların bölgüsü məsələləri müzakirə olunub.
Layihələrin məqsədləri, tələbləri və gözləntilərinin müəyyən edilməsi, plana uyğun olaraq tapşırıqların icrası, layihə büdcəsinin izlənməsi və maliyyə resurslarının effektiv şəkildə idarə olunmasının diqqətdə saxlanılması ilə bağlı işçi qrupuna tapşırıqlar verilib.