Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçiriləcək

Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin ilk ümumi iclası keçiriləcək

18 Noyabr 2024

Noyabrın 23-də İstanbulda Türkiyədə fəaliyyət göstərən Azərbaycanlı Elm Adamları Dərnəyinin (ABİD) ilk ümumi iclası keçiriləcək.

Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyasından (TADEF) məlumat verilib.

Bildirilib ki, toplantı Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsi, TADEF və ABİD-in birgə təşkilatçılığı ilə baş tutacaq. İclas iki gün davam edəcək.

Xatırladaq ki, ABİD bu ilin aprel ayında İstanbulda qurulub. Dərnəyin qurulmasının əsas məqsədi Qarabağ Zəfərindən sonra Azərbaycanda artan inkişaf proseslərinə, xüsusilə ölkəmizin elm və təhsil sahəsinə töhfə vermək, o cümlədən dünyanın müxtəlif ölkələrində təhsil alan azərbaycanlı gənclərin magistr və ya doktorantura proqramlarına dəstək olacaq bilik bankını yaratmaq, gənclərimizin, dünyada yaşayan elm adamlarımızın daha yaxından tanınmalarına, onlarla ünsiyyət qurub bu insanların biliklərindən faydalanmalarına şərait yaratmaqdır.