Matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq
Azərbaycanda 26 dekabr matəm günü ilə əlaqədar televiziyaların proqramında dəyişiklik olacaq.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq, Audiovizual Şuradan məlumat verilib.
Bildirilib ki, “Media haqqında” Qanunun tələblərinə uyğun addımlar atılacaq.
Həmçinin ictimaiyyətə əlavə məlumat veriləcəyi vurğulanıb.








