Məzahir Pənahov: Bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib
Bələdiyyə seçkiləri Azərbaycanda böyük maraqla qarşılanıb, ümumilikdə 24 siyasi partiyanın namizədləri bələdiyyə seçkilərində təmsil olunur.
"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov söyləyib.
O qeyd edib ki, bələdiyyə seçkiləri müasir tələblərə uyğun olaraq təşkil edilib:
"Seçkilərin müşahidəsində veb-kameralar praktikasından istifadə edilir. İstənilən ölkədən maraqlı tərəfin Mərkəzi Seçki Komissiyasının saytına daxil olaraq seçkiləri müşahidə edə bilər. Bu, beynəlxalq səviyyədə Azərbaycan praktikası kimi qəbul edilir".
MSK sədri vurğulayıb ki, seçki prosesində hər hansı neqativ hallar qeydə alınsa, müvafiq məntəqədən dairəyə, oradan isə MSK-ya məlumat veriləcək. O bildirib ki, seçkilərin ilkin nəticələri bu gün gecə saatlarında ictimaiyyətə çatdırılacaq.