MİDA Naxçıvanda yeni yaşayış kompleksinin inşasına hazırlıq görür

MİDA Naxçıvanda yeni yaşayış kompleksinin inşasına hazırlıq görür

28 Noyabr 2025

Yaxın vaxtlarda Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) Naxçıvan Muxtar Respublikasında yeni yaşayış kompleksinin inşasına başlayacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu "Report"a açıqlamasında Agentliyin mətbuat katibi Diana Dadaşova bildirib.

Onun sözlərinə görə, Naxçıvanda həyata keçiriləcək layihə artıq icra mərhələsindədir: "Yaşayış kompleksinin inşası üçün layihələndirmə işlərinə başlanılıb".