Naxçıvan aeroportunun fəaliyyəti bərpa edilir
Naxçıvan Beynəlxalq Hava Limanının fəaliyyəti bu gündən etibarən bərpa edilib.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, hazırda aeroportun İranın dron zərbəsindən zərər görmüş hissələrində təmir işləri aparılır.
Aviareyslər planlaşdırılmış cədvəl üzrə həyata keçiriləcək.
Xatırladaq ki, martın 5-də İranın dron hücumları nəticəsində Naxçıvan Beynəlxalq Hava Limanı fəaliyyətini dayandırmışdı.








