Naxçıvan Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının iclası keçirilib

Naxçıvan Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının iclası keçirilib

30 Yanvar 2026

Yanvarın 30-da Naxçıvan Muxtar Respublikası Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının iclası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Naxçıvan Muxtar Respublikası iqtisadiyyat nazirinin müavini, Müşahidə Şurasının sədri Tapdıq Əliyevin rəhbərliyi ilə keçirilən iclasda fondun fəaliyyəti ilə bağlı bir sıra məsələlər müzakirə olunub. 

Fondun İdarə Heyətinin sədri Vüsal Novruzov tərəfindən qurumun 2025-ci il üzrə fəaliyyəti çərçivəsində görülmüş işlərə dair məlumat verilib.

Həmçinin 2026-cı il üçün prioritet istiqamətlər, habelə gündəlikdə duran digər məsələlər üzrə fikir mübadiləsi aparılıb və müvafiq qərarlar qəbul olunub.