Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar neçə faiz artıb?

Naxçıvanda İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar neçə faiz artıb?

31 Yanvar 2026

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyinin xətti ilə büdcəyə daxilolmalar 261 milyon 895 min manat təşkil edib ki, bu da 2024-cü illə müqayisədə 14,4 faiz çoxdur.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Naxçıvan Muxtar Respublikasının iqtisadiyyat naziri Kazım Hüseynəliyev ötən ilin yekunları ilə bağlı keçirilən mətbuat konfransında bildirib.

 Onun sözlərinə görə, ötən il İqtisadiyyat Nazirliyinin xətti ilə büdcə daxilolmaları ümumi daxilolmaların 90,1 faizini təşkil edib.