Naxçıvana qar yağacaq

Naxçıvana qar yağacaq

26 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası ərazisində hava şəraitinin dəyişəcəyi gözlənilir.

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən "NAXÇIVANXƏBƏRLƏRİ"-nə verilən məlumata görə, dekabrın 26-sı səhər və axşam saatlarında dağlıq ərazilərdə, 27–30 dekabr tarixlərində isə bəzi yerlərdə arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, qar yağacağı və duman olacağı proqnozlaşdırılır.

Qərb küləyi 5–10 m/san sürətlə əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcəyi ehtimal edilir.

Havanın temperaturu gündüz saatlarında 4–9 dərəcə isti, gecə isə 0–5 dərəcə şaxta təşkil edəcək. Bəzi ərazilərdə temperaturun 10 dərəcəyədək şaxtaya düşəcəyi gözlənilir.

Sürücülərə və dağlıq ərazilərdə yaşayan sakinlərə hava şəraiti ilə əlaqədar ehtiyatlı olmaları tövsiyə edilir.