Naxçıvana xaricdən gətirilən bu materiallar ciddi yoxlanılacaq

Naxçıvana xaricdən gətirilən bu materiallar ciddi yoxlanılacaq

05 Fevral 2025

Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi bu il ölkə xaricindən Naxçıvana gətirilən tikinti materiallarının standartlara uyğunluğunu yoxlayacaq.

"NAXÇIVANXƏBƏRLƏRİ"-nin məlumatına görə, bununla əlaqədar laboratoriyaların təşkil olunması üçün qeyri-yaşayış sahəsinin ayrılması ilə bağlı Naxçıvan Muxtar Respublikasının müvafiq qurumlarına müraciət olunub.

Belə ki, agentlik həmin materialların standartlara uyğun olub-olmamasını yoxlayaraq müvafiq rəy verəcək. Standartlara uyğun olmayan materialların tikintidə istifadə olunmasına icazə verilməyəcək.

Qeyd edək ki, Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi Dövlət Gömrük Komitəsinin müraciəti əsasında Naxçıvan Muxtar Respublikası istisna olmaqla ölkə ərazisinə gətirilən tikinti materiallarının müvafiq standartlara uyğunluğunu yoxlayırdı.