Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 18,9 faiz artıb

Naxçıvanda aktiv ƏDV ödəyicilərinin sayı 18,9 faiz artıb

10 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında 1 aprel 2025-ci il tarixinə aktiv vergi ödəyicilərinin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 19,2 faiz artaraq 20.192, aktiv ƏDV ödəyicilərinin sayı isə 18,9 faiz artaraq 572 olub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı 7,6 faiz artıb və 6.005 təşkil edib.