Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

Naxçıvanda bayram tətili günlərində 36 nəfər zəhərlənib

01 Aprel 2025

Naxçıvan Muxtar Respublikasında bayram tətili günlərində 36 nəfər zəhərlənmə şübhəsi ilə xəstəxanalara müraciət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Tibb Müəssisələrinin İdarəetmə Birliyinin (TMİB) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, müraciət edənlərdən 29-u qidadan, 3-ü dərmandan, 4-ü isə dəm qazından zəhərlənib. Zəhərlənən şəxslərə zəruri tibbi xidmətlər göstərilib, müalicə üçün evə buraxılıblar.