
Naxçıvanda bu qurum işə qəbulla bağlı vakansiya elan edir
Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsin rayon şöbələrində mühəndis-inventarlaşdırıcı və yerquruluşu üzrə mühəndis vəzifələri üzrə müsahibə elan edilir. Müsahibəyə publik hüquqi şəxsin Şərur, Ordubad və Şahbuz rayon şöbələrində Mühəndis-inventarlaşdırıcı vəzifəsinə 5, Babək, Kəngərli və Sədərək rayon şöbələrində isə Yerquruluşu üzrə mühəndis vəzifəsinə 3 vakant yer olmaqla, ümumilikdə 8 vakant yer çıxarılıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, müsahibədə iştirak etmək istəyən şəxslər 31 iyul 2025-ci il tarixədək iş günləri ərzində saat 9:00-dan 18:00-dək şəxsiyyəti təsdiq edən sənədin surətini, müvafiq ixtisaslar üzrə ali təhsil haqqında sənədin surətini, iddia olunan vəzifənin profilinə uyğun kurs keçmə, seminar və treninqlərdə iştirakla bağlı diplom və ya sertifikatların surətini və CV-ni Naxçıvan şəhəri, Zərifə Əliyeva küçəsi, 15A ünvanında yerləşən “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsə təqdim edə bilərlər.
Müsahibənin keçirilməsi ilə bağlı daha ətraflı məlumatı Xidmətin rəsmi internet səhifəsindən ( https://emlak.nakhchivan.az/ ) və sosial şəbəkə hesablarından əldə etmək mümkündür.
Elektron poçt ünvanı: dedkr@nemlak.gov.az
Əlaqə telefonu: (036)-545-77-39