Naxçıvanda gənclərin iştirakı ilə növbəti təmizlik aksiyası -

Naxçıvanda gənclərin iştirakı ilə növbəti təmizlik aksiyası - FOTO

23 Aprel 2026

Naxçıvan Muxtar Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin və ekokönüllülərin iştirakı ilə təmizlik aksiyası keçirilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, aksiya çərçivəsində Uzunoba Su Anbarının ətrafındakı ərazilər tullantılardan təmizlənib. Aksiyada hər iki qurumun əməkdaşları da iştirak ediblər.

Hər il davamlı olaraq keçirilən ənənəvi ekoloji aksiyalarının məqsədi insanları təbiətə münasibətdə həssas olmağa dəvət etmək, ərazilərin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaqla təmizliyə riayət olunmasını təbliğ etmək, ictimaiyyətin diqqətini ətraf mühitin mühafizəsinə yönəltməkdən ibarətdir.