Naxçıvanda hava proqnozu açıqlanıb, qar yağacaq

Naxçıvanda hava proqnozu açıqlanıb, qar yağacaq

15 Dekabr 2025

Naxçıvan Muxtar Respublikası ərazisində həftə ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin dekabrın 16–17-də arabir yağıntılı hava şəraiti müşahidə olunacaq, bəzi ərazilərdə qar yağacağı ehtimal edilir.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, qərb küləyi üstünlük təşkil edəcək, ayrı-ayrı yerlərdə küləyin sürəti arabir 15–18 m/s-dək güclənə bilər.

Havanın temperaturu gündüz saatlarında 5–10 dərəcə isti, gecə saatlarında isə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq.