Naxçıvanda həftəlik hava proqnozu açıqlanıb
Naxçıvan Muxtar Respublikası ərazisində həftə ərzində hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, sinoptiklərin məlumatına görə, bəzi ərazilərdə duman müşahidə oluna bilər.
Qərb küləyi 5–10 m/s sürətlə əsəcək, ayrı-ayrı vaxtlarda isə 15 m/s-dək güclənəcəyi ehtimal olunur.
Havanın temperaturu gündüz saatlarında 0–5° isti, gecə saatlarında isə 6–11° şaxta təşkil edəcək.








