Ordubad rayonunda Xaraba Gilan şəhər yerinə baxış keçirilib - FOTO
Naxçıvan Muxtar Respublikası ərazisində abidələrin qorunması, bərpa və konservasiyası diqqətdə saxlanılır, bu məqsədlə bir sıra işlər həyata keçirilir. Cari ildə bu istiqamətdə müəyyən işlərin aparılması nəzərdə tutulur.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bununla bağlı, Naxçıvan Muxtar Republikasının mədəniyyət nazirinin müavini, nazir vəzifələrini icra edən Həsən Seyidov və Nazirlik Aparatının əməkdaşları iştirakı ilə Xaraba Gilan şəhər yerinə baxış keçirilib. Xarabagilan şəhərinin qalıqları, Muncuqlutəpə və Mərdangölü nekropolları, Xarabagilan sərdabələrinə baxış zamanı abidələrin yerləşdiyi ərazilərin mövcud vəziyyətinin qiymətləndirilməsi, gələcəkdə Xarabagilan ərazisində abidələrin qorunması zamanı görüləcək işlər müəyyənləşdirilib.










