Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb -

Azərbaycanda dini qurumlara maliyyə yardımı ayrılıb - SƏRƏNCAM

07 Yanvar 2026

Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı göstərilib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Sərəncamla dini qurumlara maliyyə yardımı göstərmək üçün dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Qafqaz Müsəlmanları İdarəsinə 3,5 milyon manat, Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyası dini qurumuna 400 min manat, Bakı şəhəri Dağ yəhudiləri dini icmasına 400 min manat, Avropa yəhudilərinin Bakı dini icmasına 400 min manat, Sefarad yəhudilərinin Bakı dini icmasına 400 min manat, Azərbaycan Respublikasında Katolik Kilsəsinin Apostol Prefekturası dini qurumuna 400 min manat və Azərbaycan Respublikasının Alban-Udi xristian dini icmasına 400 min manat, habelə digər qeyri-islam dini icmalarına maddi dəstək məqsədilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fonduna 400 min manat ayrılıb.

Maliyyə Nazirliyinə maliyyələşməni təmin etmək tapşırılıb.