Azərbaycanda ötən il minaya düşərək ölən və yaralananların sayı açıqlanıb
2025-ci ildə baş vermiş 24 mina hadisəsi nəticəsində 33 nəfər zərərçəkən qeydə alınıb.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən məlumat verilib.
Bildirilib ki, mina partlamaları nəticəsində 1 nəfər həlak olub, 32 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb:
"ANAMA işğaldan azad edilmiş ərazilərdə vətəndaşları təhlükəsizlik qaydalarına riayət etməyə, mina təhlükəsi işarələrinin göstəricilərinə diqqətlə yanaşmağa, bələd olmadıqları yerlərə daxil olmamağa, çəpərləmə fəaliyyəti aparılan hissələrə müdaxilə etməməyə çağırır".








