Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri nədən ibarətdir? - HÜQUQ MƏSLƏHƏTİ
Sual: Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün vəzifələri nədən ibarətdir?
Cavab: Kiçik elektrik nəqliyyat vasitəsi sürücüsünün aşağıdakı vəzifələri vardır:
1) kiçik elektrik nəqliyyat vasitəsi ilə sərnişin daşımamalıdır;
2) kiçik elektrik nəqliyyat vasitəsini bu növ nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş yerlərdə parklamalıdır;
3) müəyyən edilmiş hərəkət sürəti həddini aşmamalıdır (velosiped yollarında saatda 20 kilometrdən çox olmayan, yaşayış zonalarında, park və həyət ərazilərində saatda 10 kilometrdən çox olmayan sürətlə hərəkət edilməlidir).
Sualı cavablandırdı: Naxçıvan şəhər prokurorunun böyük köməkçisi kiçik ədliyyə müşaviri - Elməddin Bağırov








