İcazəsiz qazıntı zamanı tapılan dəfinə kimə məxsusdur? -

İcazəsiz qazıntı zamanı tapılan dəfinə kimə məxsusdur? - HÜQUQ MƏSLƏHƏTİ

06 Yanvar 2026

Sual: Torpaq sahəsinin və ya əmlakın mülkiyyətçisinin razılığı olmadan həmin ərazidə qazıntı aparan şəxs orada dəfinə aşkar edərsə, dəfinə kimə verilməlidir?

Cavab: Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin dəfinə torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir.

Sualı cavablandırdı: Naxçıvan Muxtar Respublikası ProkurorununMətbuat xidməti üzrə köməkçisi, ədliyyə müşaviri - Səttar Əsgərov