Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub -

Cahangir Novruzov Prezidentin fəxri diplomu ilə təltif olunub - SƏRƏNCAM

07 Yanvar 2026

Xalq artisti Cahangir Novruzov "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif olunub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb.

Belə ki, bu təltifə xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə layiq görülüb.

Qeyd edək ki, 2018-ci ildə Xalq artisti fəxri adına layiq görülən C.Novruzov aktyor Cahangir Zeynalovun nəvəsi, aktrisa Nəsibə Zeynalovanın oğludur.