İlham Əliyev: "Azad edilmiş ərazilərdə 600 meqavat gücündə KSES-lər inşa ediləcək"
Azərbaycanın azad edilmiş ərazilərində təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyaları inşa ediləcək.
"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün Bakıda, "Gülüstan" sarayında Səudiyyə Ərəbistanı Krallığının "ACWA Power" şirkəti tərəfindən inşa edilmiş 240 MVt gücündə "Xızı-Abşeron" Külək Elektrik Stansiyasının (KSES) rəsmi açılış mərasimi çıxışı zamanı bildirib.
Dövlət başçısının sözlərinə görə, azad edilmiş ərazilərin potensial su elektrik stansiyalarının xəritəsi də tərtib edilib: "Ancaq o bölgədə biz təqribən 500, bəlkə də 600 meqavat gücündə kiçik su elektrik stansiyalarını inşa edəcəyik. Demək olar ki, bunun yarısı artıq hazırdır və bütün ölkə, o cümlədən azad edilmiş ərazilər vahid şəbəkə ilə birləşdirilib və enerji axınının istənilən istiqamətə göndərilməsi, qəbul edilməsi də təmin olunubdur".








