Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb

Ötən il dövlət sərhədində axtarışda olan 3922 nəfər saxlanılıb

07 Yanvar 2026

Ötən il dövlət sərhədini 516 nəfər pozub.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, bu barədə Dövlət Sərhəd Xidmətində 2025-ci ilin xidməti-döyüş fəaliyyətinin yekunlarına dair hesabat müşavirəsində qeyd olunub.

Bildirilib ki, sərhəd rejimini pozduqlarına görə 1226, axtarışda olan 3922, saxta sənədlərlə 108, özgəsinə məxsus sənədlə 8, dövlət sərhədindən buraxılış məntəqələrindən gizli şəkildə keçməyə cəhd göstərən 6 nəfər saxlanılıb.