Pirəkəşkül və Ağdərədə istifadəyə yararsız döyüş sursatları məhv ediləcək
Pirəkəşkül və Ağdərədə 5-9 yanvar tarixlərində istismar müddəti başa çatan və istifadəyə yararsız döyüş sursatları məhv ediləcək.
Bu barədə "NAXÇIVANXƏBƏRLƏRİ"-nə Müdafiə Nazirliyindən məlumat verilib.
Nazirlik partlayış səsləri ilə əlaqədar əhalini təşvişə düşməməyə və narahatlığa heç bir əsasın olmadığını diqqətə çatdırıb.








