FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib

FHN dumanlı hava ilə əlaqədar gəmi istifadəçilərinə müraciət edib

07 Yanvar 2026

Fövqəladə Hallar Nazirliyi (FHN) dumanlı hava şəraiti ilə əlaqədar kiçikhəcmli gəmi istifadəçilərinə müraciət edib.

"NAXÇIVANXƏBƏRLƏRİ" məlumat verir ki, nazirliyin müraciətində təhlükəsizliyin təmin edilməsi məqsədilə dumanlı hava şəraitində kiçikhəcmli gəmilərin istismarının qadağan olduğu vurğulanıb.

Xatırladaq ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, Azərbaycan ərazisində müşahidə olunan dumanlı hava şəraitinin davam edəcəyi, o cümlədən Xəzər dənizinin Bakı şəhəri və Abşeron rayonu istiqamətlərində dənizdə görünüş məsafəsinin 50-500 metr təşkil edəcəyi proqnozlaşdırılır.