Süni həyat tədbirlərinin dayandırılması qanunidirmi?

Süni həyat tədbirlərinin dayandırılması qanunidirmi? HÜQUQ MƏSLƏHƏTİ

06 Yanvar 2026

Sual: Sağalmaz xəstəlikdən əziyyət çəkən və süni tədbirlərlə yaşayan şəxs öz xahişi ilə bu tədbirlərin dayandırılmasını tələb edə bilərmi?

Cavab: Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 135-ci maddəsinə əsasən evtanaziya — yəni xəstənin xahişi ilə onun ölümünü hər hansı vasitə və ya hərəkətlə tezləşdirmə, həmçinin həyatının davam etməsinə kömək edən süni tədbirlərin dayandırılması — cinayət məsuliyyəti yaradır.

Bu əməl iki ilədək islah işləri, üç ilədək azadlıqdan məhrumetmə, həmçinin müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə ilə cəzalandırıla bilər.

Sualı cavablandırdı: Culfa rayon prokurorunun köməkçisi, II dərəcəli hüquqşünas - Heydər İbrahimov